"Qarabağ" 1 gecəyə 2 milyon qazandı
“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.
Sportlife.az xəbər verir ki, tarixi nailiyyət klubun büdcəsini də əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.
Belə ki, əsas mərhələni ilk 24-lükdə başa vurduğu üçün 1 milyon avro bonus əldə edən “Qarabağ”, pley-offda iştiraka görə daha 1 milyon avro qazanıb. Cari mövsümdə əldə edilən ümumi gəlir təxminən 32,75 milyon avro (təqribən 67 milyon manat) təşkil edir.
Qeyd edək ki, “Qarabağ”ın pley-off mərhələsindəki rəqibi yanvarın 30-da İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimində bəlli olacaq. Mümkün rəqiblər arasında Fransanın PSJ və İngiltərənin “Nyukasl” klubları yer alır. Ağdam təmsilçisi bu mərhələni də adlasa, daha 11 milyon mükafat əldə edəcək.