"Qarabağ"da afrikalı müdafiəçi

  • Bu gün, 18:55

"Qarabağ" qış transfer pəncərəsində ilk keçidini reallaşdırmağa yaxındır.

Sportlife.az Kipr mətbuatına istinadən xəbər verir ki, Ağdam təmsilçisi AEK klubundan Ceremi Qnali ilə razılıq əldə edib.

"Köhlən atlar" fransalı sol cinah müdafiəçisi üçün qarşı tərəfə 100 min avro ödəyəcək.

Qnalinin AEK-lə müqaviləsinin müddəti mayın sonuna qədərdir.

Qeyd edək ki, Ceremi Qnali 2024-cü ilin yayından AEK-in şərəfini qoruyur. O, cari mövsümdə 26 oyunda iştirak edib. "Transfermarkt" portalı Qnalini 450 min avro qiymətində dəyərləndirir.


Paylaş: