
"Sabah"ın rəqibi Bakıda
UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Sabah”la qarşılaşacaq Sloveniyanın “Selye” komandası Bakıya gəlib.
Sportlife.az xəbər verir ki, bu barədə klubun rəsmi feysbuk hesabında “Hello, Azerbaijan” (Salam, Azərbaycan) başlığı ilə fotolar paylaşılıb.
Qeyd edək ki, “Sabah”–“Selye” görüşü iyulun 10-da keçiriləcək. Cavab qarşılaşması isə bir həftə sonra səfərdə olacaq.