Azərbaycan kuboku: Gəncə və Naxçıvan təmsilçiləri 1/8 finala yüksəldi
"Kəpəz" və "Araz-Naxçıvan" futbol üzrə Azərbaycan Kubokunda 1/8 finala vəsiqə qazanıblar.
Sportlife.az xəbər verir ki, komandalar II təsnifat mərhələsində müvafiq olaraq "Ağdaş" və "Şahdağ Qusar"la üz-üzə gəliblər.
Gəncə təmsilçisi rəqibini 6:0, Naxçıvan klubu isə 4:0 hesabı ilə üstələyib.
"Kəpəz" növbəti raundda "İmişli" - "Cəbrayıl" cütünün, "Araz-Naxçıvan" isə "Mingəçevir" - "Zaqatala" duelinin güclüsü ilə qarşılaşacaq.