“Araz-Naxçıvan”ın futbolçusu məşqlərə başlayıb

  • Dünən, 12:58

“Araz-Naxçıvan”ın daha bir futbolçusu - Karlos Jatoba məşqlərə başlayıb.

Sportlife.az Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanın daha əvvəl zədəsini sağaldıb meydana qayıdan futbolçuları - Vadim Abdullayev və Bayraməli Qurbanovun ardından 29 yaşlı braziliyalı yarımmüdafiəçi də fiziki hazırlıq üzrə məşqçi Teodor Terzievin rəhbərliyi altında məşq edir.

Qeyd edək ki, "Araz-Naxçıvan" Misli Premyer Liqasının XV turunda “Turan Tovuz”u qəbul edəcək.


Paylaş: