Premyer Liqa klubu türkiyəli forvardla yaxından maraqlanır
"Beşiktaş"ın forvardı Semih Kılıçsoyla bir çox klub yaxından maraqlanır.
Sportlife.az "Daily Star"a istinadən xəbər verir ki, 19 yaşlı hücumçunu ən çox istəyən klublar - "Aston Villa" və PSJ-di.
"Aston Villa" bu transferdə bir addım öndədir.
Semih artıq ikinci mövsümdür "Beşiktaş"ın əsas heyət üzvlərindən biridir. O, bu sezon 17 oyunda meydanda olub, 2 qol vurub və 4 assist edib.
"Transfermarkt" portalına görə onun transfer dəyəri 15 milyon avrodur.