"Çelsi" kapitanını sata bilər
"Çelsi" kapitanı Ris Ceymsi satmağı düşünür.
Sportlife.az xəbər verir ki, "zadəganlar" tez-tez zədələnən ingiltərəli sağ cinah müdafiəçisi ilə vidalaşmaq istəyir.
"Real" onunla maraqlanan klublardan biridir. "Mavilər" 24 yaşlı futbolçunu 20 milyon funt-sterlinqə satmağa hazırdır.
Qeyd edək ki, Ris Ceyms "Çelsi"nin yetirməsidir. İngiltərə millisinin üzvü bu mövsüm Premyer Liqada cəmi 5 matçda iştirak edib.