“Kəpəz” azarkeşlərinin istefa şüarları: “Yetər artıq, İlqar…” - VİDEO

  • Dünən, 10:35

"Kəpəz" Misli Premyer Liqasının 7-ci turunda da xal üzünə həsrət qaldı.

Sportlife.az xəbər verir ki, Gəncə təmsilçisi bu mövsüm keçirdiyi 7 görüşün hamısında məğlub olub. Ötən mövsümlə birlikdə "Kəpəz" Premyer Liqada ardıcıl 10 oyundur uduzur.

Bu hal azarkeşlərin "səbr kasasını" daşırdıb. Onlar dünən keçirilən "Şamaxı" ilə oyunda hesab 0:2 olduqdan sonra İlqar Nadirini bu şüarlarla istefaya səsləyiblər:

Neçə müddət olub,
Sənin vaxtın dolub,
Yetər artıq İlqar...,
"Kəpəz"imi tərk et, "Kəpəz"imi tərk et!

Gəncəli azarkeşlərin tənqidindən oyunçular da yan keçməyib: 

İstefa, İstefa!

Formanı çıxarın, gedin!

 


Paylaş:

Xəbər lenti