Poçettino bu seçimdən narazıdır

  • Bu gün, 16:51

ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino “Tottenhem” rəhbərliyinin qərarından ciddi şəkildə məyus olub. 

Sportlife.az xəbər verir ki, bi barədə GiveMeSport məlumat yayıb.

Mənbəyə görə, London klubu yeni baş məşqçi seçimi zamanı Roberto De Zerbiyə üstünlük verib. Qərarın əsas səbəbi isə Poçettinonun yalnız 2026-cı il dünya çempionatından sonra komandaya qoşula, De Zerbini isə dərhal işə başlaya bilməsi olub.

54 yaşlı mütəxəssis son aylarda dəfələrlə İngiltərə Premyer Liqasına qayıtmaq istədiyini gizlətmirdi.

Qeyd edək ki, Poçettino 2014–2019-cu illərdə “Tottenhem”ə rəhbərlik edib və 2019-cu ildə komandanı Çempionlar Liqasının finalına çıxarıb. O, 2024-cü ilin sentyabrından etibarən ABŞ milli komandasının baş məşqçisidir.


Paylaş: