Kubokda sensasiya

  • Bu gün, 11:45

İngiltərə Kubokunda daha iki yarımfinalçı məlum olub.

Sportlife.az xəbər verir ki, "Çelsi" və “Sauthempton” adını növbəti mərhələyə yazdırıb.

“Çelsi” 1/4 finalda “Port Veyl” komandasını 7:0 hesabı ilə darmadağın edib. Çempionşip təmsilçisi “Sauthempton” isə Premyer Liqanın lideri “Arsenal”a 2:1 hesabı ilə qalib gələrək sensasiyaya imza atıb.

Qeyd edək ki, bu raundun ilk oyununda “Mançester Siti” "Liverpul"u 4 cavabsız qolla məğlub edərək yarımfinala adlayıb. 1/4 finalın son matçı bu gün “Vest Hem”lə “Lids Yunayted” arasında keçiriləcək.


Paylaş: