Legioneri "Zirə"nin təklifini bəyənmir

  • 29 Mart 2024, 15:58

"Zirə" mərkəz müdafiəçisi Stefan Aka ilə yeni müqavilə məsələsində anlaşa bilmir.

Sportlife.az-ın əldə etdiyi məlumata görə, ötən ilin avqustunda arxa xətt oyunçusu ilə 1+1 illik müqavilə bağlansa da, "Zirə" növbəti 1 il bəndini aktivləşdirməkdə çətinlik çəkir. Belə ki, Fil Dişi Sahilidən olan futbolçu növbəti 1 il üçün daha yaxşı müqavilə tələb edir.

Klub isə danışıqları mövsümün sonuna saxlayıb.

Qeyd edək ki, Stefan Aka karyerası ərzində İtaliyanın “Leqano Salus”, “Belluno”, Rumıniyanın “Unversitatya Krayova 1948”, “Unversitatya Krayova”, Türkiyənin “'Ərzurumspor”, İsrailin “Kiryat Şimona”, “Ness Ziona” klublarının şərəfini qoruyub.


Paylaş: