İstanbul derbisi: "Fənərbağça" "Beşiktaş"a

  • 27 Aprel 2024, 16:37

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək.

Sportlife.az xəbər verir ki, 34-cü turda "Fənərbaxça" evdə "Beşiktaş"ı qəbul edəcək. Şükrü Saracoğlu adına stadionda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Görüşün baş hakimi Volkan Bayarslan olacaq.

 

Bu komandalar arasında keçirilən son matçda "Fənərbaxça" 3:1 hesablı qələbə qazanmışdı.

Qeyd edək ki, hazırda turnir cədvəlində "Fənərbaxça" 86 xalla 2-ci, "Beşiktaş" isə 51 xalla 4-cüdür. 

Türkiyə Superliqası, 34-cü tur

"Fənərbaxça" - "Beşiktaş"

Baş hakim: Volkan Bayarslan

Şükrü Saracoğlu adına İdman Kompleksi


Paylaş: