Barellanın müqaviləsi uzadılacaq

  • 8 May 2024, 19:08

"İnter" Nikola Barellanın müqaviləsini uzadacaq.

Sportlife.az xəbər verir ki, Milan klubunun rəsmisi Pyero Auzilio bildirib ki, həm Barellayla, həm Lautaro Martineslə müqavilə yeniləməyə yaxındılar.

51 yaşlı funksioner bildirib ki, italiyalı yarımmüdafiəçiylə razılaşma yaxın zamanda əldə olunacaq və rəsmi olaraq açıqlanacaq. 


Paylaş: