Dumfris Premyer Liqaya yollana bilər

  • 8 May 2024, 14:33

Denzel Dumfris karyerasını Premyer Liqada davam etdirə bilər. 

Sportlife.az xəbər verir ki, niderlandlı cinah müdafiəçisiylə "Mançester Yunayted" yaxından maraqlanır. Ten Haq postunda qalarsa, "qırmızı şeytanlar" yayda onu transfer etməyə çalışacaq.

Dumfris 2021-ci ilin yayından "İnter"də çıxış edir. Onun "nerazzurri" ilə müqaviləsi gələn ilin yayında bitir.


Paylaş: