Çempionlar Liqası: "Real" son dəqiqə qollarıyla "Vembli"yə gedir

  • 9 May 2024, 01:43

"Real" 18-ci dəfə Çempionlar Liqasının finalına yüksəlib.

Sportlife.az xəbər verir ki, Karlo Ançelottinin yetirmələri evində "Bavariya"nı 2:1 hesabıyla məğlub edərək bu nəticəyə imza atıb. "Kral klubu"na qələbəni gətirən qolları 88 və 90+1-ci dəqiqələrdə oyuna sonradan daxil olan Xoselu vurub.

Tərəflər arasında Münhen keçirilən ilk qarşılaşmada bərabərlik qeydə alınmışdı.

"Real" finaldakı rəqibi Dortmund "Borussiya"sı olacaq.


Paylaş: