Xanəndə bodibilderdən çempionluq təəssüratı - AÇIQLAMA

  • 7 May 2024, 15:41

Avropa çempionu olan bodibildinq millimiz Bakıya qayıdıb.

Sportlife.az-a açıqlama verən millimizin çempion üzvü, xanəndə Pərviz Qasımov tarix yazdıqlarını bildirib.

“Komanda hesabında ilk dəfə Avropa çempionu olduq. Mən isə öz növbəmdə 2 qızıl medal qazandım. Azərbaycan himnini 2 dəfə səsləndirdim. Şükürlər olsun Allahıma. Biz Avropa çempionu olmaqla tarix yazdıq. Heç vaxt belə nəticə olmamışdı” – deyə Qasımov vurğulayıb.

Millimizin ağır çəkidəki üzvü xanəndə kimi də, idmançı kimi də qələbə hissinin qürurverici olduğunu bildirib: “Bildiyiniz kimi mən sənətkaram – sənət adamıyam. Beynəlxalq muğam müsabiqələrində olduğu kimi, bodibilder kimi də çempionluq yaşadım. Çox qürurverici bir hadisədir. Azərbaycan adını daima yüksəklərə tutmağa çalışıram. Yaşasın Azərbaycan!”

 

Qulammirzə Səfərli


Paylaş: