“Real” Leverkuzenlini heyətinə qatacaq

  • 8 May 2024, 19:18

"Real" Florian Virtsi heyətinə qatmaq istəyir.

Sportlife.az "BILD"ə əsasən xəbər verir ki, almaniyalı oyunçu növbəti mövsüm "Bayer"də qalacaq. 2025-ci ilin yayında isə oyunçunun Madrid klubuna qoşulacağı gözlənilir.

Virts bu mövsüm bütün turnirlərdə 45 oyuna çıxıb, 18 qol vurub və 19 məhsuldar ötürmə edib.


Paylaş: