Konfrans Liqası: İlk finalçı bəlli oldu

  • 8 May 2024, 22:53

Konfrans Liqasında ilk finalçı bəlli olub.

Sportlife.az xəbər verir ki, "Fiorentina" səfərdə "Brügge" ilə qarşılaşıb. Görüş bərabərliklə başa çatıb - 1:1.

İlk görüşdə rəqibini məğlub edən Florensiya klubu Konfrans Liqasında finala yüksəlib.

"Fiorentina"nın finaldakı rəqibi sabah keçiriləcək "Olimpiakos" - "Aston Villa" görüşündən sonra bəlli olacaq. İlk oyunda Yunanıstan klubu 4:2 hesabıyla qələbə qazanıb.


Paylaş: