Portuqaliyalı futbolçu bölgə klubundan aldığı təklifə "HƏ" dedi

  • 7 May 2024, 16:06

“Araz-Naxçıvan”ın futbolçusu Nuno Rodriqes növbəti mövsümü də Azərbaycanda keçirəcək.

Sportlife.az-ın əldə etdiyi məlumata görə, bölgə klubu yarımmüdafiəçisi ilə yeni müqavilə imzalayıb.

Portuqaliyalı legioner cüzi maaş artımı qarşılığında müqaviləsini 1 illik uzatmağa razılıq verib.

29 yaşlı futbolçu "Araz-Naxçıvan"da ötən ilin iyul ayından çıxış edir.


Paylaş: