
"Neftçi"dən anlamlı addım
"Neftçi"nin 2025/26 mövsümü üçün səfər forması bu ilin payızında qeyd edəcəyimiz şanlı Qarabağ Zəfərinin 5 illiyinə həsr olunmuş oyun dəstidir.
Sportlife.az xəbər verir ki, geyim dəsti “Kappa” tərəfindən xüsusi olaraq “ağ-qaralar” üçün dizayn edilib və hazırlanıb.
Hərbi geyimlərin əsasını təşkil edilən kamuflyaj naxışları, “Neftçi” loqosunun xüsusi qızılı rənglə işlənməsi, arxa boyun hissəsindəki “Zəfər bizimdir!” şüarı ilə bu forma sadəcə oyun dəsti olmaqla kifayətlənmir, xalqımızın böyüklüyünün və qürurunun əyani ifadəsidir. Azərbaycanın zəfər ruhunu yaşadan bu forma milli birliyin və əzmin rəmzi kimi meydanlarda öz yerini tapacaq.