"Sabah"dan Yunanıstan klubuna

  • Dünən, 11:31

“Sabah”dan ayrılan Sofian Çaklanın yeni ünvanı bəllidir.

Sportlife.az xəbər verir ki, 31 yaşlı müdafiəçi karyerasını Yunanıstanda davam etdirəcək.

Mərakeşli futbolçu AEL ilə razılaşıb. Onunla 1 illik müqavilə imzalanıb və rəsmi təqdimatı keçirilib.

2023-cü ilin yayından 2025-ci ilin yayına kimi “Sabah”da forma geyən Çakla Macarıstan, Belçika və İspaniya klularında oynayıb. O, ilk dəfə yunan klubunda çıxış edəcək.


Paylaş: