"Barselona"nın yeni "10"u

  • Dünən, 10:54

"Barselona"nın vingeri Lamin Yamal bundan sonra 10 nömrəli formanı geyinəcək.

Sportlife.az xəbər verir ki, bundan əvvəl 10 nömrəli forma iyulun əvvəlində "Monako" tərəfindən icarəyə götürülmüş Ansu Fatiyə məxsus idi. 18 yaşlı Yamal isə 19 nömrəli formanı geyinirdi.

Qeyd edək ki, Kataloniya klubunda 10 nömrəli formanı Lionel Messi və Ronaldinyo da geyinib.


Paylaş: