
"Qarabağ"dan növbəti transfer
Növbəti mövsümə hazırlıqlarını davam etdirən “Qarabağ” yeni transferini açıqlayıb.
Sportlife.az xəbər verir ki, “köhlən atlar” Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının futbolçusu Sami Mmaeni heyətinə qatıb.
Mərakeş millisinin müdafiəçisi ilə 2 illik icarə müqaviləsi imzalanıb.