
Gəncə klubunda yeni hücumçu
"Gəncə" növbəti transferini reallaşdırıb.
Sportlife.az xəbər verir ki, klub heyətinə amerikalı basketbolçu qatıb. Bu barədə qərb təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Malek Deyvislə mövsümün sonuna kimi müqavilə imzalanıb. O, "Gəncə"də 2 nömrəli formanı geyinəcək.
1.78 metr boya malik 25 yaşlı amerikalı hücumçu son olaraq Litvada "Alytus"un şərəfini qoruyub.