
Finalların 12-ci ispan klubu
"Betis" Konfrans Liqasının yarımfinal mərhələsində ümumi hesabda (4:3) "Fiorentina"ya qalib gələrək finala yüksəlib.
Sportlife.az xəbər verir ki, Sevilya klubu avrokubokların həlledici görüşünə vəsiqə qazanan 12-ci İspaniya təmsilçisi olub.
Qeyd edək ki, avrokubokların finallarında klubların sayına görə lider İngiltərədir - 15.