Seltiks finalda

  • 28 May 2024, 16:28

NBA-də ilk finalçı bəlli olub.

Sportlife.az xəbər verir ki, seriyada 3:0 öndə olan "Boston Seltiks" səfərdə "İndiana Peysers"lə qarşılaşıb. Sona 45 saniyə qalmış Derrik Vaytın atdığı üçlük "yoncalar"ı NBA finalına aparıb. Onlar rəqibinə bir oyun belə vermədən finala yüksəlib.

"Boston Seltiks"in finaldakı rəqibi "Dallas Maveriks" - "Minnesota Timbervolvz" cütünün qalibi olacaq. Xatırladaq ki, seriyada 3:0 hesabıyla Texas komandası öndədir. Seriyanın dördüncü görüşü bu gecə keçiriləcək.


Paylaş: