"Sərhədçidən vacib qələbə

  • 4 May 2024, 09:49

"Sərhədçi" klubu Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində "Xəzri"yə qalib gəlməklə ümumi hesabı bərabərləşdirib.

Sportlife.az xəbər verir ki, "Sərhədçi" rəqibini 71:64 hesabı ilə məğlub edib.

Tərəflər arasında keçirilən ilk dueldən "Xəzri" qələbə ilə ayrılıb - 98:64. Üçüncü oyun mayın 5-də baş tutacaq.

Yarışın qaydalarına uyğun olaraq, ardıcıl 2 qələbə qazanan kollektiv növbəti mərhələyə vəsiqə qazanır.

Qeyd edək ki, ötən gün "Xırdalan" və "Neftçi" kollektivləri arasında ikinci dueldə 76:73 hesabı ilə qələbə qazanan birincilər yarımfinala adlayıblar.


Paylaş: