Üç boksçumuz medalı təmin edib

  • 17 Oktyabr 2024, 10:03

Azərbaycanın 3 boksçusu Bolqarıstanın paytaxtı Sofiyada 23 yaşadək (U-23) boksçular arasında keçirilən Avropa çempionatında yarımfinala yüksəlməklə bürünc medalı təmin ediblər.

Sportlife.az xəbər verir ki, Tural Sarıyev (48 kq) 1/4 finalda Laşa Kereselidzeni (Gürcüstan) 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:26) hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.

Boksçumuz bu mərhələdə türkiyəli Samet Oruc Salihlə döyüşəcək.

Nicat Hüseynov (51 kq) da adını yarımfinala yazdırıb. O, Rafael Serranoya (İspaniya) 5:0 (29:28, 29:28, 30:27, 29:28, 29:28) hesabı ilə qalib gəlib. Hüseynov yarımfinalda serbiyalı Omer Ametoviçlə üz-üzə gələcək.

Komanda yoldaşlarının uğurunu Murad Allahverdiyev (80 kq) də davam etdirib. O, 1/4 finalda Matviy Rajbanı (Ukrayna) mübarizədən kənarlaşdırıb – 3:2 (30:27, 30:27, 28:29, 30:27, 28:29). Allahverdiyev növbəti sınağında serbiyalı Ahmed Mavriçlə qarşılaşacaq.

Yarımfinal görüşləri bu gün keçiriləcək.

Daha öncə öncə yığmamızın boksçusu Marjona Savriyeva (50 kq) da 1/4 final görüşünü qələbə ilə başa vurub.


Paylaş: