"Bavariya" 2018-ci ildən sonra ilk dəfə ÇL-in ev oyununda uda bilmədi
Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Kopenhagen" "Bavariya"nın təsirli seriyasına son qoyub.
Sportlife.az xəbər verir ki, qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
Beləliklə, Bavariya” 2018-ci ilin oktyabrından bəri ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində ev oyununda xal itirib.
Tomas Tuçelin komandasının 5 turdan sonra 13 xalı var.