
"Neftçi" çempion oldu!
Azərbaycanı qadınlar arasında Çempionlar Liqasının 2025/26 mövsümündə təmsil edəcək komanda müəyyənləşib.
Sportlife.az xəbər verir ki, “Neftçi” ardıcıl ikinci dəfə qitəmiqyaslı turnirdə iştirak edəcək.
Bakı klubu bu hüququ AFFA Yüksək Qızlar Liqasının qalibi olmaqla qazanıb. 11 turdan sonra hesabında 33 xal olan “ağ-qaralar” çempionluğu təmin edib. 2-ci yerdəki “Sumqayıt” 12 matçda 27 xal toplayıb.