Bombardir zədəsini sağaltdı

  • Bu gün, 13:15

İngiltərənin "Mançester Siti" klubunun hücumçusu Erlinq Holann zədəsini sağaldıb.

Sportlife.az BBC-yə istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Xosep Qvardiola bildirib.

Mütəxəssis norveçli futbolçunun zədəsini sağaltdığını və meydana qayıtmağa hazır olduğunu açıqlayıb. Ön xətt oyunçusu sonuncu dəfə mart ayında meydana çıxıb.

Qeyd edək ki, E.Holann cari mövsüm İngiltərə Premyer Liqasında meydana çıxdığı 28 matçda 21 qol vurub.


Paylaş: