"Barselona"da oynamaq istəyir

  • Bu gün, 12:14

İspaniyanın "Barselona" klubu "Monako"nun (Fransa) 23 yaşlı vingeri Manes Akliuşu almaq istəyir.

Sportlife.az "Sport.es"ə istinadən xəbər verir ki, fransız futbolçu "Barselona"da oynamaq istədiyini bildirib.

O, Kataloniya klubuna keçəcəyi təqdirdə heyətə düşmək üçün eyni mövqedə oynayan Lamin Yamalla rəqabət aparmalı olacaq.

Qeyd edək ki, M.Akliuş cari mövsüm bütün yarışlarda meydana çıxdığı 41 oyunda 7 qola və 11 məhsuldar ötürməyə imza atıb. Onun "Monako" ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" futbolçunun dəyəri 40 milyon avro qiymətləndirir.


Paylaş: