
Kurban Berdıyev: "Utanırıq"
Azərbaycan Premyer Liqasının XXXIV turunun “Turan Tovuz” – “Neftçi” oyunundan (1:2) sonra ev sahibi komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb.
Sportlife.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.
– “Neftçi” qələbəyə layiq idi. Müdafiədəki kobud səhvlərimizdən istifadə etdilər.
– Bu mövsüm “Neftçi” məğlub edə bilmədiyiniz yeganə komanda oldu. Bu haqda nə deyə bilərsiniz?
– “Neftçi” seçilmiş futbolçulardan ibarət olan komandadır.
– 4-cü yeri itirmək təhlükəsini hiss etmirsiniz?
– Xeyr. Güman edirəm ki, itirməyəcəyik. Amma azarkeşləri sevirdirə bilmədiyimiz üçün utanırıq.
– Hakim idarəçiliyi sizi qane etdi?
– Bu suala cavab verməyim. Artıq çox şeyi başa düşə bilmirəm.
– Bu heyət avrokuboklar üçün yetərlidir?
– Yox.
– Heyət nə qədər dəyişməlidir ki, avrokuboklar üçün yetərli olsun?
– Bu haqda mən nəsə deyə bilmərəm. Qərarı klubun prezidenti verir.