Auta vurulan strategiya

  • Dünən, 19:24

Bir müddət gözləyib səssiz qaldıq. Dedik, bəlkə tənqidlərimiz AFFA rəhbərlərinin yuxusunu pozar,  nəsə dəyişər. Amma görünən odur ki, onların "gözləmə strategiyası" da uzunmüddətlidir. Bu isə strategiyadan daha çox “vaxt öldürmə”yə bənzəyir.

Bu gündən etibarən biz yenidən oyuna daxil oluruq. Siz də kreslolarınızı yaxınlaşdırın, rahat oturun. Matç izləməyə yox, cavab verməyə...

Bəli, suallarımız var. Bir qismi 70 səhifəlik sənədin içində basdırılıb, qalanı isə illərlə gözləyən azarkeşlərin səbrində.

1 il öncə top da, söz də sizdə idi. Amma siz o topu "strategiya" adı ilə auta vurdunuz...

Mirələm HƏSƏNLİ 


Paylaş: