"Bavariya"nı yenə Emeri dayandırdı

  • 3 Oktyabr 2024, 13:41

"Bavariya"nın Çempionlar Liqasının qrup mərhələsində 41 oyun aradan sonra məğlub olub.

Sportlife.az xəbər verir ki, Münhen klubuna bu məğlubiyyəti ötən gecə Unai Emerinin çalışdırdığı "Aston Villa" yaşadıb. Birmingem klubuna qələbə gətirən qolu Con Duran vurub.

Maraqlıdır ki, "Bavariya"nı sonuncu dəfə bu mərhələdə məğlub edən komanda yenə Emerinin PSJ-si olub. 2017-ci ildə keçirilən matç 3:0 hesabıyla başa çatıb.

 


Paylaş: