Çempionlar Liqası: "Milan" ilk qələbəsini qazandı

  • 22 Oktyabr 2024, 22:45

Çempionlar Liqasının Liqa mərhələsində üçüncü tura start verilib.

Sportlife.az xəbər verir ki, ilk iki görüşdə məğlub olan "Milan" evində "Brügge"ni qəbul edib. Görüşdə hesabı Kristian Pulişiç açıb. İlk hissə İtaliya klubunun üstünlüyü ilə başa çatıb - 1:0.

"Brügge" ikinci hissənin əvvəllərində "status-kvo"nu bərpa edib. Ancaq bərabərlik uzun çəkməyib. "Milan" niderlandlı yarımmüdafiəçisi Teyani Reynders 10 dəqiqə ərzində dubl edərək komandasına qələbə qazandırıb - 3:1.

Erkən başlayan digər görüşdə "Monako" "Srvena Zvezda"nı qəbul edib. Fransa klubu rəqibini 5:1 hesabıyla darmadağın edib.


Paylaş: