Çempionlar Liqasında həftənin ən yaxşısı kim olacaq?
Çempionlar Liqasının 3-cü turunun ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşib.
Sportlife.az xəbər verir ki, həftənin ən yaxşı seçilmək üçün 4 futbolçu mübarizə aparacaq.
"Barselona"dan Rafinya, "Real"dan Vinisius Junior, "Milan"dan Ticani Reynders və "Monako"dan Takumi Minamino həftənin ən yaxşı oyunçusu adına iddiaçıdır. Qalib UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğunun nəticəsinə əsasən bəlli olacaq.