Qarabagin yeni transferi: Bu ancaq komandanın xeyrinə olacaq, Azerbaycana gelerek yeni komandasi Qarabagin dusergesine

Qarabağın yeni transferi: Bu ancaq komandanın xeyrinə olacaq

  • 7 Sentyabr 2017, 17:15

Tarik Elyunussi bu gün Azərbaycana gələrək yeni komandası “Qarabağ”ın düşərgəsinə qoşulub.

Sportlife.az xəbər verir ki, ağdamlıların yeni transferi bu komandaya keçidi haqda klubun rəsmi saytına danışıb:

“Azərbaycanın ən güclü komandasına gəldiyim üçün xoşbəxtəm. Bu komandadan təklif gələndə təəccüblənmədim. Hətta “Qarabağ” “Rusenborq”u məğlub etdiyi vaxtdan yadımda qalmışdı. Bu komandanın gücü bəllidi. Bu mövsüm Azərbaycan futbol tarixində ilk dəfə Çempionlar Liqasında mübarizə aparacaq. Güclü qrupda yer almışıq. Amma buna baxmayaraq, əlimizdən gələni edəcəyik ki, “Qarabağ”ı layiqincə təmsil edək. Buna da inanıram. Komandanın son günlərdə hücumameyilli futbolçular transfer etdiyini bilirəm. Bu rəqabət ancaq komandanın xeyrinə olacaq, keyfiyyətin artmasına kömək edəcək. Mən də “Qarabağ”ın uğur qazanması üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam”.


Paylaş: