Amir İtaliya yolunda

  • Bu gün, 12:57

Beşiktaş" futbolçusunu satmağa razı olub.

Sportlife.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Amir Hadziahmetoviçin "Verona"ya keçidinə razılıq verib.

27 yaşlı yarımmüdafiəçinin özü də İtaliyaya yollanmağa razıdır. Bosniya və Herseqovi millisinin üzvü yayda bir mövsümlük “Rizespor”a icarəyə verilib.

Onun “Beşiktaş”la müqavilə müddəti isə 2027-ci il iyunun 30-na qədərdir. Keçidini bu qış baş tutacağı gözlənilir. Qeyd edək ki, Verona təmsilçisi 20 turdan sonra İtaliya A seriyasında 19 xalla 17-ci pillədədir.


Paylaş: