"Bu transfer məbləği həqiqətən mənə təsir etmir"

  • 29 Aprel 2024, 18:43

"Mançester Yunayted"in yarımmüdafiəçisi Entoni klubun ödədiyi transfer haqqının ona təsir edib-etmədiyindən danışıb.

Sportlife.az xəbər verir ki, Entoni bu barədə İngiltərə mətbuatına açıqlama verib.

2022-ci ildə mankunianlılar braziliyalı üçün Ayaks"a 95 milyon avro, üstəgəl daha 5-ni bonus olaraq ödəyiblər.

“Bu transfer məbləği həqiqətən mənə təsir etmir, çünki dəyərimi bilirəm, pul puldur. Açığı, hamı bu barədə danışır, amma komandanın və şəxsən mənim performansım ən yaxşı səviyyədə olsaydı, heç kim bunu etməzdi. Həmişə tənqidçilər olacaq. Bu, məni daha çox işləməyə və ilk növbədə özümə sübut etməyə vadar edir”, - deyə Entoni bildirib.

Bu mövsüm 24 yaşlı cinah yarımmüdafiəçisi bütün turnirlərdə 36 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.


Paylaş: