
"Çempionlar Liqasında 4 İspaniya və 2 İngiltərə komandası var"
Xavyer Tebas La Liqa və Premyer Liqanın səviyyəsini müqayisə edib.
Sportlife.az xəbər verir ki, La Liqa prezidenti bu barədə İspaniya mətbuatına danışıb.
“Premyer Liqanın ümumi büdcəsi La Liqanın büdcəsindən 1,8 dəfə böyükdür. Amma hər şey maliyyədən asılı deyil - bu həm də idmandır və bu mənada son illərdə Avropadakı uğurlarımız bizə üstünlük verir. Biz titulların 60 faizini qazanmışıq və hazırda Çempionlar Liqasında İspaniyadan dörd , İngiltərədən iki komanda var. Futbolda iki aspekt arasında tarazlıq vacibdir - idman və iqtisadi. Bunlardan birincisində biz daha yaxşıyıq, ikincisində Premyer Liqa qalib gəlir”, - deyə La Liqa prezidenti bildirib.