De Brüyne "Mançester Siti" ilə yeni müqaviləsi haqda danışdı

  • 20 Yanvar 2025, 20:12

"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Brüyne "Vest Hem" üzərində 4:1 hesablı qələbədən sonra gələcəyi ilə bağlı suallara qısa cavab verib.

Sportlife.az xəbər verir ki, müqaviləsi 2025-ci ilin iyununda başa çatan belçikalı futbolçu hazırda müqavilə danışıqları barədə danışmaq istəmədiyini bildirib. O, hazırda "Mançester Siti"yə kömək etməyə fokuslandığını bildirib.

De Brüyne 2015-ci ildə  "Volfsburq"dan "Mançester Siti"yə transfer olunub və o vaxtdan bəri komandanın əsas oyunçularından biri olub. Lakin son mövsümdə əzələ zədələri səbəbindən oyunlarda fasilələrlə iştirak edib. Buna baxmayaraq, o, "Vest Hem"ə qarşı oyunda 400-cü dəfə "Mançester Siti" forması geyinərək bir məhsuldar ötürmə ilə yadda qalıb.

Baş məşqçi Pep Qvardiola De Brüynenin komanda üçün əhəmiyyətini vurğulayaraq onun sağlam olduğu müddətdə yüksək səviyyədə çıxış etdiyini qeyd edib.


Paylaş: