Türkiyə klubu azərbaycanlı hücumçuya görə cəzalandı

  • Dünən, 16:06

Süper Liqa klubu "Hatayspor" Azərbaycan millisinin forvardı Reant Dadaşova görə FIFA tərəfindən cəzalandırılıb.

Sportlife.az "Ajansspor" portalına istinadən xəbər verir ki, Türkiyə klubu iki dönəm transfer edə bilməyəcək.

Dadaşov məvacibini vaxtında ala bilmədiyi üçün klubu şikayət etmişdi.

Xatırladaq ki, 25 yaşlı hücumçu 2023-24 mövsümün "Hatayspor"da keçirib.


Paylaş: