De Bruyne xoşbəxtdir

  • Dünən, 14:33

"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Brüyne klubla müqavilənin mümkün uzadılması ilə bağlı sualı cavablandırıb.

Sportlife.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçinin "şəhərlilər"lə hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

O, hələlik klubla yeni sözləşmə üçün danışıqlar aparmadığını deyib:

“Mən hələ klubla danışmamışam. Formaya düşmək istəyirdim. Bunu bacardım. İndi xoşbəxtəm. Gəlin görək gələcəkdə nə olacaq”.

Qeyd edək ki, bu mövsüm De Brüyne bütün yarışlarda 20 matça çıxıb, 2 qol vurub və 6 məhsuldar ötürmə verib. Daha əvvəl futbolçunun "Mançester Siti"dən ayrılacağı haqda xəbərlər də yazılmışdı. 


Paylaş: