Qvineyalı oyunçu “Sumqayıt”da
“Sumqayıt” qış transfer pəncərəsində ilk tranaferini reallaşdırıb.
Sportlife.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Kimyaçılar” qvineyalı hücumçu Momo Yansane ilə anlaşıb. 27 yaşlı futbolçu Gürcüstanın “Torpedo” klubundan transfer olunub. O, bu mövsüm 2 oyuna çıxaraq 2 qol vurub.
Qeyd edək ki, Momo Yansane karyerası ərzində 170 oyuna çıxaraq 53 qol vurub və 21 qolun ötürməsini edib.