“Neftçi” Türkiyə nəgəngləri ilə qarşılaşacaq

  • Dünən, 15:28

"Neftçi” PFK-nın U-17 komandası fevralın 8-də Türkiyəyə yollanacaq.

Sportlife.az xəbər verir ki, baş məşqçi Asif Ramazanovun yetirmələri fevralın 9-dan 15-dək İstanbul şəhərində beynəlxalq yoldaşlıq görüşləri keçirəcək. Ötən mövsüm U-16 Liqasının çempionu olmuş “ağ-qaralar” Türkiyə nəhəngləri – “Beşiktaş”, “Qalatasaray” və “Fənərbağça”nın müvafiq yaş qrupu komandaları ilə qarşılaşacaqlar. Oyunlarımız meydan sahiblərinə məxsus “Beşiktaş Ümraniyə”, “Florya Mətin Oktay” və “Fənərbağça Dərəağzı” təlim-məşq bazalarında keçiriləcək.

“Neftçi” fevralın 16-da Bakıya qayıdacaq.


Paylaş: