Albaniyadakı azərbaycanlı futbolçu hədəflərini açıqladı

  • Bu gün, 10:00

“Mənim üçün önəmli anlardan biri idi”.

Bunu hazırda “Eqnatiya”da çıxış edən Azərbaycan millisinin üzvü Zamiq Əliyev Sportlife.az-a açıqlamasında deyib.

Ötən ilin sonunda Albaniya Superkubokunu qazanan həmyerlimiz daha çox kuboklar qazanmaq istədiyini bildirib:

“6 ay içində kubok qazanmaq xoş oldu. “Eqnatiya” ilə daha çox kubok qazanmaq istəyirəm. Bunun üçün çox çalışırıq. İnşallah kubokların ardı gələr”.

O, son çempion olan “Eqnatiya”nın bu il də eyni məqsəd üçün oynadığını söyləyib:

“Bəli, hazırda 4 xal geridəyik. Bu il çempionat çox gərgin keçir. Bu da çox gözəldir. Məqsədə gəldikdə isə “Eqnatiya” həmişə çempion olmaq üçün oynayır. Bu il də bunu bacaracağımıza inanıram”.


Paylaş: