"Qarabağ" üçün acı dərslər: Avropa səhnəsindəki enmə zolağı

  • 13 Dekabr 2024, 12:10

Avropa arenalarında “Qarabağ”ın cari mövsümünü əks etdirən mənzərə təəssüf ki, illüziyalardan ibarət ümidlərin reallıq zərbəsi ilə dağılmasına bənzəyir. Klub rəhbərliyinin mövsümöncəsi strategiyasının - Daha doğrusu, strategiyasızlığının nəticələri artıq ortadadır. Gücləndirilməmiş heyətlə "Elfsborq" kimi rəqiblərlə də bacarmamaq...

Təmsilçimizin bu turnirə hazırlıqsızlığının səbəbi idarəetmə zəncirinin zəif həlqələri və qərar qəbulundakı çatışmazlıqlar xüsusi qeyd olunmalıdır. Əsas problem vəziyyəti düzgün analiz edə bilməməkdədir.

Klubun avrokuboklardakı enişi sistematik deqradasiyanın təzahürüdür. Məlumdur ki, uğurlarda bütün iştirakçılar fəxarətlə pay götürür, lakin uğursuzluq baş verdikdə, məsuliyyəti bölüşmək istəyi bir qədər az olur. Amma bu dəfə qaçmağa yer yoxdur.

Əksər oyunlarda taktiki variasiyaların yoxluğu, heyət dərinliyinin kifayət qədər olmaması, həmçinin futbolçuların fərdi performansındakı instabil davranışlar komandamızın zəif tərəflərini ifşa etdi. Avropa miqyasında belə nəticələrlə uğur qazanmaq arzusu absurd optimizmdən başqa bir şey deyildi.

Son iki oyunda xal ehtiyatını artırmaq, ölkə reytinqini yüksəltmək üçün əlbəttə, bir az motivasiya tapmaq lazımdır. Amma bu, mövcud böhranın struktur problemlərini maskalamağa xidmət edə bilməz. Əgər bu məğlubiyyətlərdən nəticə çıxarılmasa, gələcəkdə daha pis ssenarilər qaçılmaz olacaq.

“Qarabağ” bu gün yalnız nəticələrlə deyil, həm də idarəetmə və planlaşdırma keyfiyyəti ilə məğlub olub. Görək, klub rəhbərliyi bunu nə vaxt qəbul edəcək və dəyişiklik üçün nə vaxt addım atacaq?

Mirələm Həsənli 


Paylaş: