Haaland"Mançester Siti"yə inanır
"Mançester Siti"nin hücumçusu Erlinq Haaland klubun maliyyə qaydalarını pozmaqda ittiham olunması ilə bağlı fikirlərini bölüşüb.
Sportlife.az xəbər verir ki, norveçli futbolçu bu məsələnin onun gələcəyi ilə bağlı qərarlarına təsir etmədiyini və klub rəhbərliyinə tam güvəndiyini bildirib:
"Mən bu barədə düşünmürəm. Klubun nə etdiyini və hər şeyi doğru etdiyinə inanıram. Biz futbol oynamaqla məşğuluq və meydanda ən yaxşı nəticəni göstərməyə çalışırıq".
Xatırladaq ki, "Mançester Siti" 100-dən çox maliyyə qaydaları pozuntusunda ittiham olunur. Klub rəhbərliyi isə bu ittihamları rədd edərək hüquqi mübarizəyə hazır olduğunu bildirib.