Nuri Şahindən istefa mesajı

  • Bu gün, 11:27

Dortmund "Borussiya"sının baş məşqçisi Nuri Şahin son vaxtlar əldə edilən uğursuz nəticələrdən sonra postunu tərk edə biləcəyinə eyham vurub.

Sportlife.az xəbər verir ki, ötən gün Çempionlar Liqasının əsas mərhələsinin VIII turunda “Bolonya”ya 1:2 hesablı məğlubiyyətdən sonra klubun rəsmi saytına danışan türkiyəli mütəxəssis deyib:

“Əgər məşqçinin dəyişdirilməsi hər şeyi həll edirsə, bu, problem deyil. Komandanın çıxışına cavabdehəm. Fakt budur ki, ardıcıl 4 oyunda uduzmuşuq”. 

Qeyd edək ki, "Borussiya" Çempionlar Liqasının Liqa mərhələsində sonuncu - 8-ci matçını "Şaxtyor"a qarşı keçirəcək. Görüş yanvarın 29-da baş tutacaq.


Paylaş: